Sual-Cavab

Xeyr, saytda adi elan yerləşdirmək tamamilə pulsuzdur. Siz hər kateqoriya üzrə 2 pulsuz elan yerləşdirə bilərsiniz. Bu limiti keçdikdən sonra eyni kateqoriyada əlavə hər elan üçün xidmət haqqı tələb olunur.

Elanlar yerləşdirildikdən dərhal sonra sistemimiz tərəfindən avtomatik yoxlanışa (Gözləmədə) keçir. Qaydalar pozulmayıbsa, cəmi 1 dəqiqə ərzində aktivlənərək saytda görünür.

Bəli. Siz Şəxsi Kabinetinizdən öz elanlarınızı redaktə edə bilərsiniz. Lakin təhlükəsizlik məqsədilə 24 saat ərzində maksimum 3 dəfə redaktə limitiniz var.

Şəxsi kabinetinizə daxil olaraq 'Şəxsi məlumatlar' bölməsindən ad və soyadınızı yeniləyə bilərsiniz. Qeydiyyat nömrəsini dəyişmək isə mümkün deyil.

Elanınızın daha çox insana çatması üçün 'Reklam Xidmətləri'ndən (Premium, VIP və ya İrəli çək) istifadə edə bilərsiniz. Bu xidmətlər elanınızı ana səhifədə xüsusi bloklarda göstərir.

Elanlar yalnız MegaElan qaydalarını pozduqda (məsələn: nalayiq ifadələr, qeyri-etik şəkillər, saxtakarlıq) süni intellekt botumuz və ya moderatorlarımız tərəfindən rədd edilir.

Şəxsi kabinetinizə daxil olaraq 'Mənim Elanlarım' bölməsindəki elan siyahınızda zibil qutusu ikonuna (Sil) klikləyərək elanınızı anında silə bilərsiniz.

Hər bir pulsuz elan saytda 30 gün müddətində aktiv qalır. Müddət bitdikdə elanınız avtomatik olaraq 'Müddəti bitmiş' bölməsinə keçir və onu yenidən aktivləşdirə bilərsiniz.

Elan detalları səhifəsində satıcının əlaqə nömrəsi qeyd olunur. Birbaşa nömrəyə zəng edə, Whatsapp üzərindən əlaqə saxlaya və ya saytın daxili mesajlaşma (Çat) sistemi vasitəsilə birbaşa yaza bilərsiniz.