İstifadəçi Razılaşması
Bu İstifadəçi Razılaşması (bundan sonra "Razılaşma") MegaElan platforması (bundan sonra "Platforma") və istifadəçi arasında hüquqi müqaviləni təmsil edir.
1. Ümumi Şərtlər
- Platformadan istifadə edərək siz bu Razılaşmanın şərtlərini oxuduğunuzu və qəbul etdiyinizi təsdiqləyirsiniz.
- Platforma alıcı və satıcı arasında vasitəçi rolunu oynayır, tərəflər arasında baş verən hər hansı alqı-satqı prosesinə görə birbaşa məsuliyyət daşımır.
- İstifadəçilər saytda yayımladıqları elanların məzmununa və həqiqiliyinə görə tam maddi və mənəvi məsuliyyət daşıyırlar.
2. Ödənişli Xidmətlər (Tariflər)
- Platformada hər kateqoriya üzrə 2 pulsuz elan yerləşdirmək hüququnuz var. Bu limit keçildikdən sonra əlavə elanlar üçün platformanın təyin etdiyi ödəniş edilməlidir.
- Premium və İrəli Çək xidmətləri istifadəçinin öz istəyi ilə aktivləşdirilir. Bu xidmətlər elanın müddətini deyil, sadəcə görünürlüyünü artırır.
- Xidmət aktivləşdirildikdən sonra (elan dərc olunduqdan sonra) edilən ödənişlər geri qaytarılmır.
3. Hüquq və Vəzifələr
- MegaElan rəhbərliyi qaydalara uyğun olmayan, şübhəli və ya qanunsuz elanları əvvəlcədən xəbərdarlıq etmədən silmək hüququna malikdir.
- İstifadəçi sayta daxil etdiyi məlumatların doğruluğuna cavabdehdir və hesabının təhlükəsizliyini qorumalıdır.